![Bakı metrosunda bədbəxt hadisə](/uploads/posts/2024-06/metro.webp)
-
- 9-06-2024, 23:00
- 2 763
Bakı metrosunda bədbəxt hadisə
Qatardan düşərək "Koroğlu" metrostansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb.
Bu barədə News24.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə 45-50 yaşı olduğu təxmin edilən sərnişin az sonra dünyasını dəyişib. Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib.