Bakıda polis oğrunu onun ayaq izi ilə tapdı
    • 10-06-2024, 19:00
    • 110

Bakıda polis oğrunu onun ayaq izi ilə tapdı

Xəzər rayonunun Binə qəsəbəsindəki evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları və 18 spirtli içki viskinin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News2.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən Vüsal Məmmədli saxlanılıb.

Araşdırma zamanı onun ümumilikdə 7 evdən oğurluq etdiyi müəyyənləşdirilib. V.Məmmədli oğurladığı qızılları Buzovna qəsəbəsindəki mağazaya satıb.

Qeyd edək ki, saxlanılan şəxs oğurluq etdiyi evlərdən birini pəncərədən tərk edən zaman mənzildə onun ayaq izləri qalıb. Polisin məhz ayaq izindən başladığı araşdırmalar sonda V.Məmmədlinin saxlanılması ilə nəticələnib.

V.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.