Məşhur boksçu vandalizmə görə həbs edildi
    • 10-06-2024, 19:11
    • 205

Məşhur boksçu vandalizmə görə həbs edildi

Rayan Qarsiya Los-Ancelesdəki “Waldorf Astoria” otelində vandalizmə görə həbs edilib.

News24.az Lent.az-a istinadən məlumat verir ki, 25 yaşlı amerikalı boksçu apreldə Devin Heynini məğlub etdikdən sonra dopinq testinin müsbət çıxması səbəbindən artıq qalmaqalın mərkəzindədir.

Məlumata görə, Beverli-Hillzdə baş verən insidentdən sonra həbs olunaraq nəzarətə götürülən Qarsiyanın rinqdən kənar vəziyyəti daha da gərginləşib.

O, otelin əmlakına, o cümlədən otağına və dəhlizinə ziyan vurduğuna görə saxlanılıb.

Onun spirt və ya narkotikin təsiri altında olduğu, lakin həbs olunarkən polislə əməkdaşlıq etdiyi bildirilir.