-
- 10-06-2024, 15:57
- 1 000
Səbuhi Bəşirova vəzifə verildi
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC-yə yeni direktor əvəzi təyin edilib.
News24.az report-a istinadən xəbər verir ki, bu, Səbuhi Bəşirovdur.
O, bundan əvvəl Dövlət Xidmətində çalışıb və institutun rəhbərliyində Cahid Qədirlini əvəz edib.
Xatırladaq ki, "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır.