Kiyev Rusiya neftinin tədarükünü əngəllədi
    • Bu gün, 13:06
    • 78

Kiyev Rusiya neftinin tədarükünü əngəllədi

"Ukraynanın Rusiya neftinin Macarıstan və Slovakiyaya tədarükünü əngəlləməsi şantajdır və onun danışıqlar apara bilmədiyini göstərir". 

News24.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat direktorunun müavini Andrey Nastasin deyib.

“Zelenski rejiminin Macarıstan və Slovakiyaya neft nəqlini dayandırmaq qərarı bir daha Kiyevin danışıqlar apara bilmədiyini və onun xırda şantajlara meylli olduğunu nümayiş etdirir”, - diplomat bildirib.

Qeyd edək ki, ötən gün Macarıstan, Rusiya və Slovakiya nümayəndələri Ukraynanın Rusiyadan neft tranzitini dayandırması ilə bağlı telefon danışığı aparıblar. Macarıstanın xarici işlər naziri Péter Szijyarto Ukraynanı Aİ ilə assosiativ sazişi pozmaqda ittiham edib və Budapeştin tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, neft tədarükünün sabitliyinə zəmanət vermək üçün “mümkün hüquqi və texniki həllər”i nəzərdən keçirdiyini vurğulayıb.

Bundan əvvəl Macarıstanın baş nazirinin ofisinin rəhbəri Qergeli Qulyas bildirib ki, Kiyev Rusiya neftinin tranzitindən təsir vasitəsi kimi istifadə edərək Macarıstan və Slovakiyanı şantaj edir.

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak cavabında vurğulayıb ki, neft tranzitinin dayandırılması şantaj deyil və bu ölkələr Ukraynada sülh prosesinə töhfə vermir və yalnız Rusiyadan güzəştə getməkdə israrlıdır.


Məryəm İlhamqızı