Ərdoğan siqaretə qarşı mübarizəni sərtləşdirir
    • 10-06-2024, 21:11
    • 145

Ərdoğan siqaretə qarşı mübarizəni sərtləşdirir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Dünya Tütünsüz Günü və Ətraf Mühit Həftəsi Proqramı" çərçivəsində gənclərlə görüşüb, siqaret asılılığına qarşı mübarizə ilə bağlı mühüm mesajlar verib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan bu məsələ ilə bağlı Böyük Britaniyada qüvvəyə minən və 2009-cu ildən sonra doğulanların siqaret və elektron siqaret alışını qadağan edən qanunu nümunə olaraq göstərib. O bildirib ki, lazım gələrsə, Britaniya rəhbərliyi ilə əlaqə saxlaya bilər.

Türkiyədə hər il 85 min insanın siqaretlə bağlı xəstəliklərdən öldüyünü vurğulayan Ərdoğan, buna qarşı yeni tənzimləmənin gələcəyini qeyd edib: "Britaniya modeli"ni dəyərləndiririk".

Görüşdə, həmçinin 9 yaşlı Nilay Akmanın "Siqaret zavodlarını bağlaya bilərikmi?" sualına Ərdoğan "Bəlkə" deyə cavab verib.