Sürət qatarından istifadə edənlərə ŞAD XƏBƏR
    • 11-06-2024, 10:09
    • 856

Sürət qatarından istifadə edənlərə ŞAD XƏBƏR

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri başa çatıb.

News24.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, bu gündən qatarlara bu stansiyada dayanacaq verilməsi bərpa edilib.

 Hərəkət cədvəli və biletlər haqqında məlumatı dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, "ADY Mobile" (www.ady.az/app) tətbiqindən və yaxud 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.