Putin razılıq verdi: Türkiyə də iştirak edir
    • 12-06-2024, 15:19
    • 272

Putin razılıq verdi: Türkiyə də iştirak edir

Rusiya və Çin Ayda ortaq stansiya qurmaq üçün hərəkətə keçir.

News24.az xəbər verir ki,  Rusiya prezidenti Vladimir Putin Çinlə “Beynəlxalq Ay Elmi Stansiyasının qurulmasına dair Sazişin Təsdiqlənməsi haqqında Qanun”u imzalayaraq layihəyə yekun razılıq verib.

Ay Stansiyası 2027-2032-ci işə salınacaq və daha sonra stansiyada işlərə başlanacaq.

Roskosmosun baş direktorunun köməkçisi Sergey Savelyev mayın 28-dən fəaliyyətə başlayan layihədə Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Belarusiya (BƏƏ), Cənubi Afrika da daxil olmaqla 12 şirkətin daxil olduğunu bildirib.

Digər tərəfdən, Rusiya və Çin hökumətləri arasında 25 noyabr 2022-ci ildə Beynəlxalq Elmi Ay Stansiyasının yaradılması ilə bağlı müqavilə imzalanıb.

Günel Məlikzadə