Yevlaxda avtomobil yanıb
    • 12-06-2024, 16:40
    • 126

Yevlaxda avtomobil yanıb

Yevlax şəhərinin Xaldan kəndində yanğın olub.

News24.az FHN-ə istinadən xəbər verir ki, "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.