Husilər: İsrailə gedən gəmini vurduq
    • 13-06-2024, 10:05
    • 112

Husilər: İsrailə gedən gəmini vurduq

Husilərin hərbi sözçüsü Yəhya Seri televiziya çıxışında Qırmızı dənizdə İsrailə gedən Tutor adlı gəmini hədəf aldıqlarını bildirib.

News24.az xəbər verir ki, gəminin PUA və ballistik raketlərlə vurulduğunu bildirən Seri, hücum nəticəsində gəminin ciddi şəkildə zədələndiyini, batmağa qadir olduğunu bildirib.

Seri, gəminin İsrail limanlarına girişin qadağan edilməsi qərarını pozduğu səbəbilə raket və PUA-larla vurulduğunu bildirib.

Günel Məlikzadə