Almaniyada AVRO 2024 həyəcanı - FOTO - VİDEO
    • 14-06-2024, 11:02
    • 309

Almaniyada AVRO 2024 həyəcanı - FOTO - VİDEO

Milli komandalar səviyyəsində Avropanın ən əhəmiyyətli futbol qurumu olan turnir bu gün Münhen Futbol Arenasında keçiriləcək Almaniya-Şotlandiya matçı ilə başlayacaq.

News24.az xəbər verir ki, bu gün Berlin Olimpiya Stadionunda keçiriləcək finala yüksəlmək üçün 24 ölkənin milli komandasının mübarizə aparacağı çempionata futbolsevərlər böyük maraq göstərir.

Dünən AVRO-2024-ə ev sahibliyi edən 10 şəhərdən biri olan Münhen bu gün keçiriləcək Almaniya - Şotlandiya matçı öncəsi şotland azarkeşlərlə dolub.

Çoxlu şotlandiyalı futbol azarkeşləri Münhenin simvolik yerlərindən biri olan Marienplatz və ətrafına toplaşaraq, formaları və bayraqları ilə əyləniblər.

Futbolsevərlər öz yerli alətləri olan çubuqların müşayiəti ilə himnlər oxuyub, alqışlayıb, “Kilt” adlı ətəklər və şotland kişilərin geyindiyi müxtəlif geyimlərlə rəngarəng görüntülər yaradıblar.

Günel Məlikzadə