Türkiyə bunu da BACARDI: Helikopterlə daşınan HAUBİTSA
    • 14-06-2024, 12:06
    • 139

Türkiyə bunu da BACARDI: Helikopterlə daşınan HAUBİTSA

Türkiyənin milli itehsalı olan “BORAN” haubitsaları Banqladeşə təslim edilib. 

RTV Haber7-ə istinadən xəbər verir ki, “BORAN” Haubitsasının ixracı Türkiyə Cümhuriyyəti tarixində bir ilkdir. Mövzu ilə bağlı Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk açıqlama verib.

Türkiyə Silahlı Qüvvələrinə 105 mm-lik BORAN Havada Daşınan Haubitsaların tədarükü davam edir. Nəhayət, “EFES 2024” Təlimində də istifadə edilən “BORAN Howitzer “ artıq 2 ölkəyə ixrac edilir. Bu çərçivədə 18 ədəd BORAN haubitsası sifariş edən Banqladeş, haubitsaları silahlanmasına qəbul edib.

Mövzu ilə əlaqədar olaraq “Makina və Kimya Endüstrisi” yəni “Maşınqayırma və Kimya Sənayesi” şirkətindən verilən açıqlamada bunun Türkiyə Cümhuriyyəti tarixində ilk Haubitsa ixracatı olaraq bir Asiya ölkəsinə təslim edildiyi bildirilib. “BORAN”-ın təslim edilməmişdən əvvəl sınaq və yoxlama prosedurlarının Karapınar poliqonunda uğurla tamamlandığı qeyd olunub. 

İndiyədək artıq 150 haubitsa sifariş olunub. Türkiyə Silahlı Qüvvələrinə isə 100-dən çox haubitsa təhvil veriləcək.