3 məşhur həkim istefa verdi – Tibb Universitetində nə baş verir?
    • 14-06-2024, 18:39
    • 150

3 məşhur həkim istefa verdi – Tibb Universitetində nə baş verir?

Azərbaycan Tibb Universitetinin (ATU) iki xəstəxanasının direktoru işdən azad olunub.

News24.az "Bakupost"a istinadən xəbər verir ki, Tədris Cərrahiyyə Klinikasının direktoru Cavid Paşayev və Tədris Terapevtik Klinikasının direktoru Fərid Eyvazov, hər ikisi vəzifəsindən istefa verib.

Bundan başqa, Tədris Cərrahiyyə Klinikasının baş həkimi professor Fariz Camalov da istefa ərizəsini yazıb.

Onların istefa səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, ATU Tədris Cərrahiyyə Klinikasının (TCK) direktoru vəzifəsinə III cərrahi xəstəliklər kafedrasının dosenti Əsədulla Sultanov, baş həkim vəzifəsinə isə Neyrocərrahiyyə kafedrasının dosenti, TCK-nın Neyrocərrahiyyə şöbəsinin müdiri Cəmil İskəndərov təyin edilib.

Yeni direktoru ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.

Tədris Terapevtik Klinikaya isə universitetin I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov təyin olunub.