Kürdə dəhşətli hadisə: qayıq yandı, çox sayda xəsarət alan var
    • 15-06-2024, 22:10
    • 829

Kürdə dəhşətli hadisə: qayıq yandı, çox sayda xəsarət alan var


Mngəçevirdə Kür çayında qayıqda yanğın olub.

News24.az "Report"a istinadla xəbər verir ki, qayıqda hələ dəqiq məlum olmayan səbəblərdən yanğın baş verib.

Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb.

Onlardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.