Qonşu ölkədə ard-arda iki ZƏLZƏLƏ baş verdi
    • 16-06-2024, 21:13
    • 879

Qonşu ölkədə ard-arda iki ZƏLZƏLƏ baş verdi

Gürcüstanın Oni şəhəri yaxınlığında 4,4 bal gücündə zəlzələ olub.

 

News24.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib. Saat 19:42-də qeydə alınmış zəlzələnin episentri ölkənin Oni şəhərindən 4 km cənubda olub. Cəmi yeddi dəqiqə sonra eyni bölgədə 4 maqnitudalı afterşok qeydə alınıb.

 

Tələfat və dağıntı barədə məlumat verilməyib.