Rusiyada təyyarə qəzası - Pilot yoxa çıxdı
    • 17-06-2024, 09:20
    • 186

Rusiyada təyyarə qəzası - Pilot yoxa çıxdı

Rusiyanın Murmansk vilayətində yerləşən İmandra gölündə təkmühərrikli hidrotəyyarə uçuş zamanı qəzaya uğrayıb.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, su anbarı Tıq-Quba qəsəbəsi ərazisində yerləşir. “Orion-11” hidrotəyyarəsinin pilotu icazəsiz uçuş həyata keçirməyə cəhd edib. Üstəlik, uçuş və ona hazırlıq qaydalarını pozub. Nəticədə təyyarə qəzaya uğrayıb.

"Orion 11" gölün 4-5 metr dərinliyində yerləşir”, - məlumatda deyilir.

Hazırda hadisə yerində dalğıclar işləyir. Hidrotəyyarənin pilotunuNews24.az n axtarışına ümumilikdə fövqəladə hallar xidmətinin 19 əməkdaşı və səkkiz xüsusi texnika cəlb olunub.