Məhkəmə sədrinə yumurtalı hücum - VİDEO
    • 19-06-2024, 16:11
    • 1 699

Məhkəmə sədrinə yumurtalı hücum - VİDEO

Ali Məhkəmə keçmiş Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıça edilən yumurta hücumu ilə bağlı "təhqir" ittihamını ləğv edib.

News24.az xəbər verir ki,v hadisə 2010-cu ildə Kılıçın Əskişəhərdə Konstitusiya Məhkəməsinin sədri kimi qatıldığı simpoziumda baş verib və tələbələrin etirazı zamanı bir nəfər səhnəyə yumurta atıb.

Hücumla bağlı baxılan işin nəticəsi olaraq, məhkəmə "dövlət məmurunu vəzifə borcuna görə təhqir etmək" maddəsi ilə 7 min 80 lirə pul cəzası kəsib.

Fayla baxan Ali Apellyasiya Məhkəməsinin 4-cü Cinayət Kollegiyası yumurta atmağın demokratik reaksiya sayılmayacağına qərar verib.

Yumurtanın Haşim Kılıça dəyməsi halında qəsdən yaralama cinayətinin meydana çıxacağına işarə edən palata, şübhəlinin hərəkətinin təhqir cinayəti baxımından mübahisəli olduğunu ifadə edib. Qanunsuz olduğu müəyyən edilən fayl yenidən baxılması üçün yerli məhkəməyə göndərilib.

Günel Məlikzadə