Çomski xəstəxanadan çıxdı
    • 19-06-2024, 18:32
    • 154

Çomski xəstəxanadan çıxdı

Ötən ilin iyununda insult keçirən məşhur dilçi alim Noam Çomski bir həftə əvvəl həyat yoldaşının doğulduğu Braziliyada xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki,onun San-Pauluda müalicə olunduğu xəstəxana Çomskinin dünən evə buraxıldığını və müalicəsinin evdə davam edəcəyini açıqlayıb. Çomskinin həyat yoldaşı da ərinin ölməsi ilə bağlı deyilənlərin doğru olmadığını və onun vəziyyətinin yaxşı olduğunu bildirib.

Mətbuatda Çomskinin keçən ildən bəri danışmaqda və bədəninin sağ hissəsini hərəkət etdirməkdə çətinlik çəkdiyi bildirilib.

Qeyd edək ki, müasir dilçiliyin atası hesab edilən Çomski Yaxın Şərqdə münaqişə və geosiyasətlə bağlı 100-dən çox kitab da yazıb.

Günel Məlikzadə