Bu cür ağartı məhsullarını qəti almayın - XƏBƏRDARLIQ
    • 20-06-2024, 14:13
    • 1 832

Bu cür ağartı məhsullarını qəti almayın - XƏBƏRDARLIQ

"Bəzən insanlar ağartı məhsullarında kiflənmə olduğu zaman onu yığıb, məhsuldan istifadə edirlər. Bu, doğru deyil".

News24.az bildirir ki, bunu Metbuat.az-a açıqlamasında qida üzrə mütəxəssis Ağa Salamov deyib. Onun sözlərinə görə, əslində o kifin zərəri bir o qədər yoxdur, nəinki onun zoğu:

"O zoğ məhsulun içərisinə nüfuz edir. Ona görə də, ən təhlükəli yer o zoğdur. Həmin məhsullar tullanmalıdır. Bəzən yalnışlıqla kifi yığıb tullayırlar, sonra qatığı və ya smetanı yeyirlər. Əsl zəhərlənməni verən onun zoğlarıdır.

Bu qidalarda saxlanma şərtləri düzgün olmayanda kiflənmə baş verir. Belə hal baş verərsə, istehlakçılar AQTA-nın qaynar xətti ilə əlaqə saxlaya bilərlər. Aldıqları məhsulu da geri qaytarmaq hüquqları var. Məhsulları alarkən bəzən insanlar son istehsal tarixinə baxmırlar. Ona görə də, mütləq şəkildə son istehsal tarixinə baxılmalıdır. Bəzən süd məhsullarında çürümə və yaxud qıcqırma olur".