Sabah Şəriəti: “Olimpiadada medal qazansam, ona həsr edəcəm” – VİDEO
    • 20-06-2024, 20:00
    • 341

Sabah Şəriəti: “Olimpiadada medal qazansam, ona həsr edəcəm” – VİDEO

Güləş üzrə Azərbaycan milli komandası Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirir.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, 4 illiyin ən möhtəşəm yarışı üçün növbəti toplanış Göygöldə təşkil olunub.

Olimpiadaya qısa müddət qalmış yunan-Roma güləşi üzrə yığmamızın üzvü Sabah Şəriəti hazırlığını dəyərləndirib. İkinci dəfə Oyunlara qatılacaq Rio-2016-nın bürünc medalçısı bildirib ki, Fransa paytaxtında əsas hədəfi fəxri kürsüyə yüksəlmək olacaq.

130 kq-da çıxış edəcək Şəriəti Paris-2024 öncəsi hazırlığını şərh edib, zədəsi ilə bağlı durumunu, qazanacağı medalı kimə həsr edəcəyini, həmçinin 35 yaşında əsas istəyini açıqlayıb.