2,5 milyonluq qarət edildi
    • 20-06-2024, 21:00
    • 193

2,5 milyonluq qarət edildi

İstanbulda zərgərin yanına gələn şəxs özünü müştəri kimi göstərib. O, zərgərin piştaxtaya gətirdiyi 1 kiloqramlıq külçə qızılı götürərək qaçmağa başlayıb.

News24.az xəbər verir ki, şübhəlinin arxasınca qaçan işçilər təxminən 250 metrlik təqibdən sonra qaçan şəxsi tutub.

Xəbərdarlıq üzərinə hadisə yerinə gələn polis şübhəlini ifadəsini almaq üçün polis bölməsinə aparıb.

Müəssisənin sahibi Əli Günay külçə qızıl oğurlayan şəxsin əvvəllər də bir neçə dəfə mağazaya gəldiyini və "1 kilo qızıl istədi. Qiymətini soruşdu, pulu hesabınıza ataram dedi. O, bu gün dükanda 2,5 milyon lirəlik qızılları götürüb qaçıb. İşçilərimiz isə onun arxasıyca qaçıb və tutublar” deyə bildirib.

Günel Məlikzadə