Beynəlxalq Hava Limanında yanğın olub
    • 21-06-2024, 10:15
    • 230

Beynəlxalq Hava Limanında yanğın olub

ABŞ-ın Şimali Karolina ştatında Şarlotta Duqlas Beynəlxalq Hava Limanında köhnə hava hərəkətini idarə edən qüllənin sökülməsi zamanı yanğın baş verib.

News24.az xəbər verir ki, səlahiyyətlilər yanğın nəticəsində 4 inşaatçının qısa müddətə nəzarət qülləsində sıxışaraq qaldığını, lakin onlar heç bir xəsarət almadan xilas olduqlarını bildiriblər.

Yanğınsöndürənlər yanğını 10 dəqiqə ərzində nəzarətə götürüb, hava limanının işində heç bir gecikmə yaşanmayıb.

Yanğının söküntü zamanı liftin şaxtasında olan izolyasiya materialının üzərinə təsadüfən isti şlakın düşməsi nəticəsində baş verdiyi müəyyən edilib.

Günel Məlikzadə