![Əməkdar artist onları polisə verəcək](/uploads/posts/2024-06/1213295-scaled.webp)
-
- 22-06-2024, 10:09
- 10 411
Əməkdar artist onları polisə verəcək
Əməkdar artist Ruhəngiz Allahverdiyeva qonaq olduğu proqramlardan birində evini təmir edən ustaları polisə verəcəyini deyib.
News24.az lent.az-a istinadən bildirir ki, müğənni həmin ustaları hədələyib.
“Yeni aldığım evimi təmir edib, pis günə qoyan ustalar müəyyən insanların qarşısında cavab verəcəklər. Hələ mənim başım qarışıqdır. Dəyən ziyanı bir-bir yazıb o ustaları şikayət edəcəm”.
O bildirib ki, ustaların buraxdığı səhvlərə görə evini ikinci dəfə təmir edəcək:
“Hamam otağı ikinci dəfə sökülüb yenidən təmir olunmalıdır. Qəpik-qəpik pul yığıram, evimin təmirinə yenidən başlayıram. Məcbur olub yenidən təmir etdirməliyəm”.