TikTok-dan 16,5 milyon video silindi
    • 24-06-2024, 22:50
    • 531

TikTok-dan 16,5 milyon video silindi

TikTok Yaxın Şərq, Şimali Afrika, Türkiyə Regional İctimai Siyasət Müdiri və Türkiyə sözçüsü Emir Gelen, Türkiyədə keçən il təxminən 16,5 milyon məzmunun "icma qaydalarını" pozduqları səbəbiylə silindiyini ifadə edərək, "Bu məzmunun çox əhəmiyyətli bir hissəsi" hələ bildirilmədən platformadan çıxarılıb" dedi.

News24.az xəbər verir ki, məsələni dəyərləndirərkən Gelen, ayda 1 milyarddan çox məzmunun paylaşıldığı TikTok-da təhlükəsizliyi təmin etmək üçün çoxşaxəli strategiyanın yaradılmasının zəruriliyinə diqqət çəkib.

Gelen, bu prosesi həm qayda pozuntularının avtomatik aşkarlanmasına imkan verən süni intellekt texnologiyası, həm də əl ilə nəzərdən keçirən 40 mindən çox adamdan ibarət qruplarla həyata keçirdiklərini açıqlayıb. 

Gelen Türkiyədə qaydaları pozan məzmunların 98,9%-nu aktiv şəkildə sildiklərini bildirib.

Günel Məlikzadə