Modellər “çılpaq” toy təşkil etdilər – FOTO
    • 27-06-2024, 11:17
    • 498

Modellər “çılpaq” toy təşkil etdilər – FOTO

Yeni evlənənlər “çılpaq” toy təşkil ediblər.

Medianews.az dailymail.co.uk-a istinadla xəbər verir ki, braziliyalı porno model Luisa Markato və onun nişanlısı, ispaniyalı porno aktyor Maksimo Qarsia San-Pauluda keşişin iştirakı ilə rəsmi nikaha daxil olublar.

Sonradan cütlük toylarını daha intim şəraitdə keçirməyə qərar verib. Əyinlərinə heç bir paltar geyinməyən cütlük porno sənayesindəki dostlarını da bayrama dəvət ediblər və daha sonra məclisdən fotolar yayımlayıblar.

“Bu, bizim həyat tərzimizdir, kilsədə ənənəvi mərasimə və ya buna bənzər bir şeyə ehtiyac yoxdur. Bu bizim reallığımız deyil. Biz porno sənayesində tanış olduq, bu bizim dünyamızdır”, – Qarsiya cütlüyün qeyri-adi seçimini şərh edərkən deyib.

Qarsiya həmçinin vurğulayıb ki, o və həyat yoldaşı onların seçimini ritual və ya evlilik institutuna qarşı təhqiramiz hesab etmir. Onun sözlərinə görə, internetdə mənfi reaksiyaların çoxalmasına baxmayaraq, o, xoşbəxtdir.