HƏMAS: Netanyahu razılaşmanı gecikdirir
    • Bu gün, 08:57
    • 88

HƏMAS: Netanyahu razılaşmanı gecikdirir

HƏMAS Hərəkatının Siyasi Büro üzvü İzzət ər-Rişk Telegram səhifəsində İsrail baş nazirliyinin Həmas-ın Qəzzada razılaşmanı əngəllədiyi iddiası ilə bağlı açıqlama verib.

News24.az TRT-yə istinadən xəbər verir ki, “Müqaviləni təxirə salan, qaçan və razılaşmaya maneələr yaradan Netanyahunun özüdür” deyən Rişk, vasitəçilərin HƏMAS Hərəkatının müsbət və çevik münasibət sərgilədiyini çox yaxşı bildiyini bildirib.

HƏMAS-ın razılaşmanın əldə edilməsinin yolunu açdığını ifadə edən Rişk bu qiymətləndirmələri edib:

"HƏMAS İsrailin maneələrini dəf etdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsində yer alan məsələləri, o cümlədən ABŞ prezidenti Co Baydenin atəşkəs, işğalçı ordunun Qəzza zolağından çıxarılması və məhbus mübadiləsi ilə bağlı müraciətini müsbət qarşılasa da, Netanyahu bunu etmədi”.

Günel Məlikzadə