Samirənin ifası Vaqif Səmədoğlunun həyat yoldaşını kövrəltdi
    • 29-06-2024, 21:46
    • 1 306

Samirənin ifası Vaqif Səmədoğlunun həyat yoldaşını kövrəltdi


Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

News24.az teleqraf.com-a istinadla xəbər verir ki, tədbirdə müğənni Samirə Əfəndi sözləri Vaqif Səmədoğlu, musiqisi Mobil Babayevə məxsus “Sən gələndə” mahnısını ifa edib.

“Mobil Babayev dünyasını dəyişəndən 2-3 ay öncə biz görüşmüşdük. Vaqif Səmədoğlunun həyat yoldaşı bu mahnını bütün haqları ilə mənə hədiyyə ediblər”, - deyə Samirə Əfəndi bildirib.

Əfəndinin təsirli ifası Səmədoğlunun həyat yoldaşı, şərqşünas Nüşabə Babayevanı təsirləndirib. O, gecədə göz yaşlarını saxlaya bilməyib.