Narkotik qrupları arasında qarşıdurma: Ölənlər var
    • 2-07-2024, 09:57
    • 220

Narkotik qrupları arasında qarşıdurma: Ölənlər var

Meksika mətbuatında yer alan xəbərə görə, Qvatemala ilə sərhəddə yerləşən Çiapas əyalətinin La Konkordiya qəsəbəsində silahları olan iki dəstə arasında qarşıdurma baş verib.

News24.az xəbər verir ki, hadisədə tərəflərdən 19 nəfər həyatını itirib.

Dövlət Katibliyindən verilən açıqlamaya görə, münaqişənin Sinaloa karteli ilə Chiapas karteli arasında baş verdiyi və mübahisənin sərhəd bölgələrindəki narkotik marşrutundan qaynaqlandığı təxmin edilir.

Qeyd edək ki, hadisə yerinə çox sayda polis qrupu sövq edilib.

Günel Məlikzadə