Mask "Grok 2" üçün tarix verdi
    • 2-07-2024, 22:10
    • 141

Mask "Grok 2" üçün tarix verdi

İlon Mask süni intellekt sahəsində işləri sürətləndirib və Grok 2, Grok 3 modellərindən danışıb.

News24.az xəbər verir ki, Mask, digər dil modellərinin OpenAI-nin GPT modeli ilə müqayisə edildiyini bildirən bir yazıya şərh verib. O, Grok 2-nin təhsildə "nəhəng inkişafı" təmsil edəcəyini bildirib. Bu kontekstdə Grok 2-nin bu ilin avqustunda çıxacağını da əlavə edib.

İlon Maskın iddialı bəyanatına cavab olaraq Grok 2-nin nəyi fərqli edəcəyi dəqiq bilinmir. Lakin təlim məlumatlarına vurğu yeni versiyanın dəqiqliyi artıra biləcəyini göstərir. 

Mask, daha da inkişaf etmiş bir versiya olacaq Grok 3-ün ilin sonuna qədər hazır olacağını da açıqlayıb. Xüsusilə, Grok 3-ün 100 min Nvidia H100 GPU ilə hazırlanacağını və digər modellərdən daha çox hesablama gücünə sahib olacağını ifadə edib.

Grok 1.5 versiyası artıq X Premium+ abunəçiləri üçün əlçatandır. Mart ayında yayımlanan versiya inkişaf etmiş düşünmə qabiliyyəti ilə diqqət çəkib. Bununla belə, riyazi və vizual hesablamalarda əksər rəqiblərindən geri qalıb.

Günel Məlikzadə