Acı hadisə - GÖLDƏ İTDİ
    • 9-07-2024, 12:41
    • 145

Acı hadisə - GÖLDƏ İTDİ

Dostları ilə birlikdə gəldiyi Adanadakı Seyhan bənd gölünün sahilində suya girən M.A (19) bir müddət üzdükdən sonra yoxa çıxıb. Gəncin axtarışı hava şəraiti ilə əlaqədar dayandırılıb.

News24.az xəbər verir ki, hadisə mərkəzi Çukurova rayonunun Topalak məhəlləsində baş verib. Dostları ilə Seyhan bənd gölünün sahilinə gələn M.A suya girib və bir müddət sonra çıxmaq istəyərkən dostları onun suya bataraq yoxa çıxdığını görüb. 

Bölgəyə göndərilən Sualtı Qrup Qərargahının sualtı polisi M.A-nı tapmaq üçün göldə axtarış aparıb. Təxminən 2 saat davam edən axtarış zamanı M.A tapılmayıb. Qaranlıq hava şəraiti ilə əlaqədar sualtı kəşfiyyat işləri dayandırılıb.  Dalğıc polisləri günün ilk işığında axtarışlarına yenidən başlayacaqlarını qeyd ediblər.

Məryəm