Braziliya İsraili qınadı
    • 10-07-2024, 21:40
    • 275

Braziliya İsraili qınadı

Braziliya İsrail hökumətinin işğal altındakı İordan çayının qərb sahilində qanunsuz yaşayış məskənlərini genişləndirmək planını pislədiyini bildirib.

News24.az xəbər verir ki, Braziliya Xarici İşlər Nazirliyindən verilən açıqlamada İsrailin bu qərarının beynəlxalq hüququn açıq şəkildə pozulması anlamına gəldiyi bildirilib.

Açıqlamada qərarın iki dövlətli həll səylərini riskə atacağı qeyd edilib: 

"Braziliya hökuməti İsrail hökumətinin 27 iyunda İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmaları genişləndirmək qərarından dəhşətə gəldi. Braziliya bu qərarı pisləyir, sülh səylərinə kölgə salır”.

Bəyanatda vurğulanıb ki, İsrailin bu addımları Qəzza zolağında davam edən hücumlara son qoymaq üçün regional sülh səylərini də təhlükə altına alır.

Günel Məlikzadə