Dang qızdırması aşkar edildi
    • 15-07-2024, 23:59
    • 316

Dang qızdırması aşkar edildi

Qərbi Afrika ölkələrindən biri olan Qananın Şərq əyalətində 9 dang qızdırması aşkarlanıb.

News24.az xəbər verir ki, Qana Sağlamlıq Xidmətlərinin (GHS) baş direktoru Patrick Kuma-Aboagye verdiyi açıqlamada Şərq əyalətinin bəzi bölgələrində 9 dang qızdırması hadisəsinin görüldüyünü söyləyib.

Kuma-Aboagye, bu hadisələrin əvvəlcə malyariya olduğunu düşündüyünü, lakin dang qızdırması testinin müsbət olduğunu söyləyib.

Dang qızdırması

Tropik və subtropik bölgələrdə baş verən Denge qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırmaya səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.

Ümumiyyətlə "yağışlı dövrlər" kimi tanınan mart, iyun, sentyabr və dekabr aylarında hallar artır.

Alimlər xəbərdarlıq edir ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və Denq qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur.

Xəstəliyə səbəb olan ağcaqanad növləri su hövzələrində sürfələr yaratdığından, mümkün çoxalma sahələrini daim dezinfeksiya etmək lazımdır.

Günel Məlikzadə