Netanyahunun ABŞ-a səfəri
    • 23-07-2024, 22:50
    • 213

Netanyahunun ABŞ-a səfəri

Netanyahunun Vaşinqtona getməsinə bir neçə saat qalmış ABŞ prezidenti Bayden noyabrın 5-də keçiriləcək seçkilərdə namizədliyini geri götürdüyünü açıqlayıb.

News24.az xəbər verir ki, bu vəziyyətin baş tutub-tutmayacağı ictimaiyyətdə maraqla qarşılanan Bayden-Netanyahu görüşünə, məhbus mübadiləsi razılaşmasına və Qəzzada atəşkəsə necə təsir edəcəyi suallarını gündəmə gətirib.

ABŞ rəsmisi bildirib ki, ABŞ prezidenti Baydenin iyulun 25-i cümə axşamı günü Konqresdə çıxış etmək üçün Vaşinqtona gələn İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşməsi gözlənilir.

İsrailli məhbusların qohumları aylardır Netanyahudan Vaşinqtona getməzdən əvvəl məhbus mübadiləsi sazişini təsdiqləməyə çağırırlar.

İsrailin keçmiş baş naziri və ana müxalifət lideri Yair Lapid son açıqlamalarında Netanyahunu Vaşinqtondan razılaşmanı təsdiqlədiyini elan etməyə çağırıb.

İsrail mətbuatı yazır ki, Netanyahu razılaşma imkanları qarşısında maneələr qoyur.

Netanyahu danışıqlar qrupunu cümə axşamı Dohaya göndərəcəyini açıqlayıb.

Məsələ ilə bağlı israilli məhbusun yaxınlarının verdiyi yazılı açıqlamada “Danışıqlar qrupunun yalnız cümə axşamı günü göndərilməsi təlimatının izahı mümkün olmayan gecikmə olduğu” vurğulanıb.

“Təəssüf ki, baş nazir Netanyahu heç bir razılaşma olmadan Vaşinqtona gedir və indi onun razılaşma olmadan geri dönəcəyi bəlli olub”, - deyə bəyanatda bildirilir.


Günel Məlikzadə