Fələstin İsrail yığmasının Parisdə iştirakına münasibət bildirib
    • Dünən, 22:30
    • 62

Fələstin İsrail yığmasının Parisdə iştirakına münasibət bildirib

Fələstin Olimpiya Komitəsinin prezidenti Cibril Racub İsrailin Olimpiya Oyunlarında iştirakına münasibət bildirib.

News24.az xəbər verir ki, olimpiadanın keçiriləcəyi Fransanın paytaxtı Parisdə açıqlama verən Racub Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarını yenidən nəzərdən keçirəcəyinə ümid etdiklərini bildirib.

“İsrailin Olimpiya Komitəsi Olimpiadada iştirak hüququnun bütün aspektlərini itirib”, o əlavə edib.

Şarl de Qoll hava limanında mətbuata açıqlama verən Racub İsrailin Fələstinə hücumlarına diqqət çəkib.

Hücumları dünyanın görməsini istəyən Racub: "Biz istəyirik ki, dünya faşist, irqçi və nasist işğalçısının Fələstin xalqına qarşı cinayətlərini başa düşsün. 1980-ci illərdə Cənubi Afrikada baş verənlər müqayisə edildikdə sivil görünəcək. İsrailin etdiklərini dünya çox yaxşı bilir ki, Beynəlxalq sülhə və regionun sabitliyinə ən böyük təhlükə İsrailin Fələstin torpaqlarının işğalına son qoymaq və Fələstin xalqının hüquqlarını vermək istəməməsi ilə bağlıdır”.

Digər tərəfdən Olimpiadada yarışacaq Fələstinli idmançılar bu gün coşğulu qarşılanma ilə Parisə daxil olublar.

Günel Məlikzadə