Beyin yeyən amöb - 1 NƏFƏR ÖLDÜ
    • Dünən, 19:50
    • 115

Beyin yeyən amöb - 1 NƏFƏR ÖLDÜ

İsrail yerli mətbuatında dərc olunan xəbərdə İsrailin şimalında bir aquaparkda üzən 2 nəfərdə beyin yeyən amöbün aşkar edildiyi bildirilib.

News24.az xəbər verir ki, 25 yaşındakı şəxs dünyasını dəyişib, vəziyyəti ağır olan 10 yaşlı uşağın isə xəstəxanada müalicəsi davam etdirilir.

Bildirilib ki, Səhiyyə Nazirliyi sözügedən aquaparkın bağlanması barədə göstəriş verib. 

Həmçinin bildirilib ki, Nazirlik son 2 həftə ərzində bu parkı ziyarət edən və hərarət, baş ağrısı, qusma kimi şikayətləri olan şəxslərdən səhiyyə müəssisələrinə müraciət etməyi xahiş edib.

Xəstəxanaya 100-dən çox insan müraciət edib. 

Qeyd edək ki, "Naegleria fowleri" adlı amöb burun vasitəsilə beyinə keçir. 

Mütəxəssislər bildirirlər ki, bu tip amöb ilə yoluxmuş insanların sağ qalma ehtimalı olduqca aşağıdır.

Məryəm İlhamqızı