Olimpiadada üzgüçülük LƏĞV EDİLDİ
    • 29-07-2024, 10:52
    • 155

Olimpiadada üzgüçülük LƏĞV EDİLDİ

Paris Olimpiya Oyunlarında triatlonçuların üzgüçülük məşqləri ləğv edilib.

News24.az olimpiya təşkilat komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Paris Olimpiadasında triatlonçuların ikinci üzgüçülük məşqi Senada suyun keyfiyyətsizliyi səbəbindən ləğv edilib.

“Olimpiadanın Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları üzgüçülük hissəsinin ləğvi barədə qərar qəbul ediblər. Suyun keyfiyyətinin səviyyəsi kifayət qədər təminat vermir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, olimpiadanın açılışı ciddi tənqid olunub. Xüsusən də mərasimin təşkilatçıları Leonardo da Vinçinin “Son şam yeməyi” tablosunun parodiyasına görə dindarlara hörmətsizlikdə ittiham olunublar. 

Daha sonra, tədbirin təşkilatçıları üzr istəyib, heç kimi incitmək niyyətində olmadıqlarını bildiriblər.

Məryəm İlhamqızı