Bu ölkə minə yaxın rusiyalını deportasiya edir
    • 15-03-2024, 16:17
    • 142

Bu ölkə minə yaxın rusiyalını deportasiya edir

Latviya Miqrasiya İdarəsi ölkədə qalmaq hüququ olmayan 800-ə yaxın rusiyalının məlumatlarını sərhəd xidmətinə verib və onlar hələ də ölkədədirlərsə, deportasiya olunacaqlar.

News24.az xəbər verir ki, bunu TV3 kanalında Madara Puke rəhbərliyinin nümayəndəsi deyib.

"Hazırda 800 nəfər Latviyada qalmaq hüququ almayıb. Onlar nə daimi, nə də müvəqqəti yaşamaq üçün müraciət etməyiblər... Biz bu şəxslərlə bağlı məlumatları əlavə yoxlamaq üçün Dövlət Sərhəd Xidmətinə vermişik. Yaxın həftələrdə, bu insanların hələ də Latviyada olub-olmaması bəlli olacaq.Əgər onlar varsa, 30 gün ərzində ölkəni tərk etmək əmri veriləcək”, - deyə Puke bildirib.

Onun sözlərinə görə, Latviya dili imtahanından keçə bilməyən Rusiya vətəndaşları iki il müddətinə müvəqqəti yaşamaq üçün müraciət edə bilər, bundan sonra onların latış dilini bilmələri yenidən yoxlanılacaq və ölkədə qalıb-qalmayacağına qərar veriləcək.

Mehriban Mirzəzadə