-
- 12-01-2024, 13:51
- 212
Diş protezləri pnevmoniya riskini artıra bilər
Protezlərdən düzgün istifadə edilməməsi pnevmoniyaya səbəb ola bilər.
News24.az xəbər verir ki, bu barədə ekspert Daily Mail-ə məlumat verib.
Kardiff Universitetinin alimləri sətəlcəm xəstələrinin ağzında, dilində və protezlərində olan mikrobları təhlil edərək onları sağlam protez taxanlar ilə müqayisə ediblər. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, protezlərin mütəmadi olaraq təmizlənməməsi pnevmoniya riskini artırır.
Bunun səbəb kimi patogen orqanizmlərin protezlərdə böyüməsi və sonra tüpürcək vasitəsilə ağciyərlərə keçməsi hesab olunur.
Nəzrin