Maduro canlı yayımda WhatsApp-ı sildi
    • Bu gün, 17:45
    • 41

Maduro canlı yayımda WhatsApp-ı sildi

Venesuelanın paytaxtı Karakasda qatıldığı xüsusi televiziya verilişində telefon ekranını kameralara göstərən Venesuela prezidenti Nikolas Maduro WhatsApp tətbiqini silib.

News24.az xəbər verir ki, Maduro, sosial liderlərin, eləcə də əsgərlərin və polisin WhatsApp tərəfindən təhdid edildiyini, buna görə də ictimaiyyətdən könüllü olaraq, tədricən WhatsApp-ı silmələrini istəyib.

Cəmiyyətə səslənən Maduro, "WhatsApp-dan qurtuldum. Venesuelalı ailələr, gənclər, vətənpərvər kişilər və qadınlar, sülh istəyirsiniz? WhatsApp-ı silin, çünki bütün Venesuelanın siyahısını Kolumbiyalı narkotik tacirlərinə və imperializmə verdi. WhatsApp-a yox. Telegram və Wechat-ı tövsiyə edirəm” dedi.

Qeyd edək ki, Maduronun sözləri studiyadakılardan “böyük” alqışlarla qarşılanıb.

Günel Məlikzadə