Qəzada ölən gənclə bağlı rəsmi AÇIQLAMA
    • 21-08-2024, 23:30
    • 266

Qəzada ölən gənclə bağlı rəsmi AÇIQLAMA


Yol-nəqliyyat hadisəsi ilə bağlı 21.08.2024-cü il tarixində saat 07:20-də 2005-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Sumqayıt Tibb Mərkəzindən Modern.az-a məlumat verilib ki, ağır kəllə beyin travması, baş beynin əzilməsi, döş qəfəsinin əzilməsi diaqnozları qoyulan şəxs aqonal vəziyyətdə reanimasiyaya yerləşdirilib. Aparılan reanimasyon tədbirlərə baxmayaraq 07:26-da ölüm qeydə alınıb.

Meyit təşrih üçün Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.