Təyyarə təcili eniş etdi: yaralılar var
    • Dünən, 23:59
    • 61

Təyyarə təcili eniş etdi: yaralılar var

Yunanıstandan İngiltərəyə gedən 8210 nömrəli təyyarə şiddətli turbulentliyə girib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə İtaliya Milli Uçuş Təhlükəsizliyi Agentliyi (ANSV) məlumat yayıb.

Bildirilir ki, 175 sərnişin və 6 ekipaj üzvünün olduğu təyyarə Romada təcili eniş edib.

Qeyd edilib ki, turbulentlik zamanı xidmət edən iki kabinə işçisi yaralanıb. ANSV hadisəni "qəza" kimi qiymətləndirib və təhlükəsizlik araşdırmasına başlayıb.

Sərnişinlərin başqa bir təyyarə ilə Romadan Londona aparıldığı bildirilib.