Çində itən qız bankomat vasitəsilə tapıldı
    • Dünən, 22:57
    • 90

Çində itən qız bankomat vasitəsilə tapıldı

Çində bankomat itkin düşmüş qıza qohumlarını tapmağa kömək edib.

Bu barədə SCMP məlumat yayıb.

Çinin Tsyuyçjou şəhərində babası ilə rəqs dərnəyinə gedən səkkiz yaşlı qız yolda itir. Telefonu olmadığı üçün o, improvizasiya etməli olub.

Bankomata yaxınlaşaraq təcili yardım düyməsini basıb.

Zəngə cavab verən bank işçisi uşaqdan qohumlarından kiminsə telefon nömrəsini bilib-bilmədiyini soruşub və sonra polisi hadisə yerinə çağırıb.

Hadisə yerinə gələn polis uşağın ailəsinə qovuşmasına kömək edib./musavat.com