Paşinyana alma atan qocadan XƏBƏR VAR
    • 25-08-2024, 23:49
    • 376

Paşinyana alma atan qocadan XƏBƏR VAR


Ermənistan Baş naziri Nikol Paşinyana 9-cu mərtəbədən alma atan şəxs sərbəst buraxılıb.

News24.az Demokrat.az-a istinadla xəbər verir ki, bu barədə "Pastinfo" nəşri yazıb.

Bildirilib ki, yaşlı kişi haqqında cinayət işi davam etdiriləcək.

Onun haqqında Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və haqqında başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Hadisə bir neçə gün əvvəl baş verib. Paşinyan velosipedlə gedərkən baş naziri görən yaxınlıqdakı evlərin sakinlərindən biri 9-cu mərtəbənin eyvanından ona alma atıb.

Hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (“Xuliqanlıq”) ilə cinayət işi açılıb.