Hindistanda güclü yağışlar DAVAM EDİR - 35 NƏFƏR ÖLDÜ
    • Bu gün, 14:19
    • 85

Hindistanda güclü yağışlar DAVAM EDİR - 35 NƏFƏR ÖLDÜ

Hindistan Meteorologiya İdarəsinin (IMD) verdiyi açıqlamada, Andhra Pradeş və Telangana əyalətlərində davam edən leysan yağışların gündəlik həyatı pozduğu bildirilib.

News24.az bu barədə Hindustan Times-a istinadən xəbər verir.

Açıqlamada, yağışların səbəb olduğu qəza və fəlakətlər nəticəsində Telanqana əyalətində 16, Andhra Pradeş əyalətində isə 19 nəfərin öldüyü bildirilib.

Açıqlamada Telanqana ştatında güclü yağışlar nəticəsində alçaq ərazilərin su altında qaldığı və kənd təsərrüfatı məhsullarına ziyan dəydiyi, Andhra Pradeşdə dəmir yollarında və avtomobil yollarında fasilələrin olduğu bildirilib.

Hər iki ştatda yağışların artmağa davam edəcəyi barədə xəbərdarlıq edib.

Məryəm İlhamqızı