Yagi tayfunu: Ölənlər var
    • 9-09-2024, 09:57
    • 194

Yagi tayfunu: Ölənlər var

Vyetnamın şimalını təsir altına alan Yagi qasırğasının yaratdığı fəlakət və qəzalarda ölənlərin sayı 21-ə yüksəlib.

News24.az Vietnam News-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Axın İdarəetmə, Fəlakətin Qarşısının Alınması və Nəzarət Departamentindən açıqlama verilib.

Açıqlamada təbii fəlakət nəticəsində 229 nəfərin yaralandığı və tayfun nəticəsində 8 min 17 evin zərər gördüyü bildirilib.

Eyni zamanda, təxminən 110 min hektar çəltik sahəsinin su altında qaldığı vurğulanıb. Tayfundan zərər çəkən bölgə sakinlərinin qida və sığınacaq probleminin diqqət mərkəzində olduğu, daşqın və sürüşmə baxımından yüksək riskli ərazilərdə yaşayanların təxliyə prosesinin davam etdiyi də vurğulanıb.

Qeyd edək ki, Yagi qasırğası səbəbindən ölkənin şimalındakı sahil şəhərlərindən 50 mindən çox insan təxliyə edilib.

Günel Məlikzadə