"Sənətimizlə etirazımızı bildirə bilərik..." - VİDEO - FOTOLAR
    • 3-10-2019, 11:57
    • 665

"Sənətimizlə etirazımızı bildirə bilərik..." - VİDEO - FOTOLAR

"İctimaiyyətdə baş verən hər cür neqativ hallar bizimdə nəzərimizi cəlb edir. Bu cür hallar baş veridiyində yalnız sənətimizlə etirazımızı bildirə bilərik". 

Bu sözləri News24.az-a açıqlamasında əməkdar artist Sənubər İsgəndərli deyib. 

Bu günlərdə təqdimatı keçirilən yeni "Ağacdələn" filmində məktəb direktoru obrazını canlandıran aktrisa, hər yeni filmdə çəkilməyin ona gözəl hisslər yaratdığını deyib: "Mənim üçün burada əsas vacib məsələ mədəniyyətin inkişafı naminə atılan addımdır. Gözümdə o ərəfələrdə problem var idi, ona görə də çəkilmək istəmirdim. Kamran dedi ki, eynəklə də olsa səni çəkəcəm. Varlığın kifayət edir. İnsan özünü belə anlarda lazımlı hesab edir, çünki sənə dəyər verirlər. Təklifi eşidəndə uçmağa qanadım olmadı. Heç fərqinə belə varmadım ki, bu böyük ya kiçik roldur, sevə-sevə bu işə razılıq verdim".

Hazırladı:
Sevda Bayramova
Video- FOTO: Fərid Şabanov