Aleksey Çumakov və EMİN
    • 16-12-2019, 16:27
    • 1 190

Aleksey Çumakov və EMİN "Uçurumun kənarında" - FOTO - VİDEO

Aleksey Çumakov və EMİN "Uçurumun kənarında" mahnısına çəkilən klipi təqdim ediblər.

News24.az xəbər verir ki, çəkilişlər yağışlı havada Moskva göydələnlərinin damlarında ekstremal şəraitdə çəkilib.

Çəkilişin özəlliyi sənətçilərin üzərinə quraşdırılmış kameradır, bu da izləyicinin hər qəhrəmanın emosional xəttinə dərin inteqrasiyasına töhfə verir.

Hekayə xətti də sürprizlərlə doludur: qeyri-adi sevgi üçbucağı, baş personajın uçuruma doğrudan da düşməsi və gözlənilməz sonluq.
 
Aleksey Çumakov nəinki mahnının, həm də Eminin düşüncəsi ilə tamamilə üst-üstə düşən videonun müəllifi olub. Ssenari bir gecədə ərsəyə gəlib. Çəkilişləri rus kinooperatoru Maksim Osadçıya həvalə etmək yekdilliklə qərara alının. Rejissor Evgeniy Spivakov olub.
 
Aleksey Çumakov ekran işi haqda danışarkən bunları deyib: “Mən video əsərlərin süjetlərini şərh etmək istəmirəm. Hər tamaşaçı yenə fərqli bir şey tapır. Qavrayış çox fərdidir. Missiyam həyatın müxtəlif ssenarisini göstərməkdir. İstər mahnı olsun, istər video, ən vacib olanı insanların bir-birlərinə münasibətləri, özlərinə münasibətidir. Əlimizdən tutub bir-birimizin gözünə baxan, hətta uçurumun kənarında bir yerdə dayana biləcəyimiz bir insanı tapdığımız zaman çox dəyərlidir. Klip bundan ibarətdir ki, əgər bütün bunlar alınmırsa, hər bir qəhrəmanın özü ilə bölüşdüyü uçurumu varsa, heç bir dərin hiss belə eqoizmə dözə bilməz".
 
Emin Ağalaro da "Uçurum kənarında" adlı mahnı və klip haqda öz fikirlərini bildirib: “Video çox gözəl idi! Demək istəyirəm ki, Aleksey inanılmaz və mükəmməldir. Nəinki o, mahnının müəllifi, ssenariyamızın müəllifidir, həm də zaman-zaman video redaktorluğu ilə məşğul olub. Proses uzun sürdü, ancaq buna dəyərdi. Baş verənlərin hamısı - bütün gözləntiləri aşdı. Bu videoda maraqlı hekayə və sona qədər şübhə içində qalan süjetin irəliləyişi izləyicini mütləq təəccübləndirəcək. Çox şadam ki, duet mənim yeni albomumun bir hissəsi oldu və bu gün klipin premyerasını edirik.
Bax, peşman olmayacaqsan!”