Sumqayıt, Xırdalan və Masazırda yaşayanlar XƏBƏRİMİZ VAR - Yeni il gecəsi yollarda qalmayacaqsınız
    • 30-12-2019, 17:30
    • 1 064

Sumqayıt, Xırdalan və Masazırda yaşayanlar XƏBƏRİMİZ VAR - Yeni il gecəsi yollarda qalmayacaqsınız

Yeni il gecəsi Sumqayıt, Xırdalan və Masazıra işləyən avtobuslar səhərədək fəaliyyət göstərəcək.

News24.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinrəhbəri Nuridə Allahyarovanın verdiyi xəbərə görə, dekabrın 31-i gecə 23:00-dan yanvarın 1-i səhər saat 06:00-a qədər 501, 502, 503, 592, 596, 533, 553, 525 saylı hər marşrut xəttinə uyğun ehtiyata bir avtobus sərnişinlərə xidmət edəcək: “Sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə 012-566-52-58 qaynar xəttinə zəng edib məlumat versinlər”. //APA