DİN iş adamının silahının itməsinə MÜNASİBƏT BİLDİRDİ
    • 14-05-2020, 10:36
    • 646

DİN iş adamının silahının itməsinə MÜNASİBƏT BİLDİRDİ

Daxili İşlər Nazirliyi (DİN) “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərova məxsus “MLS 2121” markalı tüfənginin naməlum şəraitdə itməsi barədə məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a bildirilib ki, “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərov may ayının 12-də İmişli Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bir müddət əvvəl özünə məxsus “MLS 2121” markalı tüfəngin naməlum şəraitdə itməsi barədə məlumat verib.

Hazırda İmişli RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar davam etdirilir.