AMADA-nın xanım əməkdaşı qəzaya səbəb oldu - VİDEO
    • 19-06-2020, 12:11
    • 365

AMADA-nın xanım əməkdaşı qəzaya səbəb oldu - VİDEO

Veloparkda keçirilmiş şose velosipedi üzrə Bakı birinciliyində xoşagəlməz hadisə baş verib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının Mətbuat katibi Pərviz Musayev şəxsi "Facebook" hesabında paylaşım edib.

O bildirib ki, gənclər/U23 kateqoriyasının yarışı zamanı Azərbaycan Milli Antidopinq Agentliyinin xanım əməkdaşı diqqətsizlik edərək velosipedçilərin yoluna çıxıb. Nəticədə idmançılardan biri - İbad Abbasov yıxılaraq zədələnib.

Velosipedlərdən birinin raması çatlayıb, digərinin isə karbon qabaq təkəri əyilib.